BAKI, 1 dekabr. TELEQRAF

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, 1 dekabr tarixinədək dünya üzrə blutanq, nodulyar dermatit, dabaq və yüksək patogen quş qripi ilə bağlı yeni xəstəlik halları aşkar olunub.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, 63 ölkədə yüksək patogen quş qripi, 34 ölkədə blutanq, 21 ölkədə donuzların Afrika taunu xəstəliyi, 18 ölkədə dabaq və 12 ölkədə xrdabuynuzlu heyvanların çiçək xəstəliyi və nodulyar dermatit aşkarlanıb.