BAKI, 25 iyun. TELEQRAF

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

"İlkin araşdırmalar nəticəsində məlum olub ki, hadisə Tovuz şəhəri, M.Ə.Sabir küçəsində yerləşən “022” dönər evində baş verib.

Agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Hazırda araşdırmalar davam etdirilir. Nəticələrlə bağlı əlavə məlumat veriləcəkdir", -AQTA-dan qeyd olunub.

***

20:18

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Tovuzda dönərdən zəhərlənmə hadisəsini araşdırır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcəkdir".

Qeyd edək ki, bu gün Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb. Hazırkı məlumata görə, zəhərlənənlərin sayı 23-ə çatıb.