BAKI, 7 iyun. TELEQRAF

Türkiyədə vətəndaş rekord qiymətə qurbanlıq iribuynuzlu heyvan alıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd olunub ki, Bahçelievlerdən olan vətəndaş 320 min lirəyə (13 min 824 manat) 1 ton 250 kiloqramlıq iribuynuzlu heyvan alıb.

Bu fakt sosial şəbəkələrdə diqqətə çıxıb.