BAKI, 3 iyun. TELEQRAF
"Qurbanlıq heyvan kəsimdən əvvəl mütləq müayinədən keçirilməlidir və yalnız sağlam olduğu halda kəsilməlidir".
Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qabil Əbdüləliyev Qurban bayramı ilə bağlı təşkil edilən infoturda deyib.
O bildirib ki, heyvan halal kəsim standartlarına uyğun kəsilməlidir.
"Heyvanda hər hansı xəstəlik şübhəsi olarsa, onda kəsimə aparılmır. Kəsildikdən sonra da baytarlıq ekspertizası aparılır. Heyvana baxış tam yekunlaşdıqdan sonra ətin üzərinə möhür vurulur. Üzərində möhür olan ət, deməli, baytarlıq ekspertizasından keçib və istehlak üçün yararlıdır", - o əlavə edib.