
BAKI, 19 may. TELEQRAF
Sumqayıtda qəzada xəsarət alan şəxs reanimasiyaya yerləşdirilib, vəziyyəti ağırdır.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə mayın 17-i saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilən şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən mayın 18-i saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Xəsarət alan Rəşad Poladovun qazi olduğu deyilir.