.jpg)
BAKI, 18 mart. TELEQRAF
Nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Məlumata görə, uyğunsuzluqlar əsasən məhsul partiyalarının fiziki-kimyəvi göstəriciləri, həmçinin müvafiq olaraq kif-maya göbələklərinin və Aflatoksin B1-in normadan artıq olması ilə bağlı olub.
Uyğunsuzluq aşkarlanan məhsullar isə bunlardır: Malayziyaya məxsus istehsalçısı “MOI Foods Malaysia Sdn. Bhd.” olan hidrogenləşdirilmiş palma sterini, Monqolustana məxsus istehsalçısı “AZAT LLC” olan quzu əti, Ukraynaya məxsus istehsalçısı “VKP”Verbovskoye” olan dondurulmuş mal əti, Rusiyaya məxsus istehsalçısı OOO “TРАСТ” olan qarğıdalı yarması.
Faktla bağlı normativ tələblərə cavab verməyən məhsulların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya utilizasiyası barədə qərar qəbul olunub.