BAKI, 6 yanvar. TELEQRAF

Qızılın qiyməti son bir həftənin ən yüksək həddinə çatıb.

Teleqraf xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəsmilərinin mülayim açıqlamaları faiz dərəcələrinin azaldılacağına dair gözləntiləri gücləndirib, Venesuela ilə bağlı yaranan gərginlik isə təhlükəsiz aktivlərə tələbatı artırıb.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 0.61% artaraq 4478 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 2.62% bahalaşaraq 78.66 ABŞ dolları təşkil edib.