BAKI, 5 dekabr. TELEQRAF
Səkkiz günlük artımdan sonra gümüş 2%-dən çox ucuzlaşaraq unsiyası 57 dollara düşüb.
Teleqraf "Bloomberg"ə istinadən xəbər verir ki, bu il qiyməti təxminən iki dəfə artan gümüşün dəyərinə son iki ayda Londonda yaşanan tədarük çatışmazlığı təkan verib. Çində və digər bazarlarda ehtiyatların az olması isə tədarüklə bağlı narahatlıqları artırır.
Gümüşün qiymətini yüksəldən digər amil isə ABŞ Federal Ehtiyat Sisteminin gələn həftə reallaşacaq iclasında faiz dərəcələrinin aşağı salınacağına dair gözləntilərdir. Bu, gəlir gətirməyən qiymətli metallara tələbi artırır.
Saat 4:20-yə olan məlumata görə, gümüş 0,4% ucuzlaşaraq unsiyası 56,89 dollara düşüb. Platin və palladium da dəyər itirib.