BAKI, 11 avqust. TELEQRAF
"Azorel" Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunub. Nəticədə "Azorel Əmlak" MMC şirkətdən ayrılıb.
Teleqraf xəbər verir ki, şirkət müstəqil fəaliyyətə başlayıb və bölünmə balansında göstərilən hüquq və öhdəlikləri "Azorel" MMC-dən alınaraq yeni cəmiyyətə ötürülüb. .
Qeyd edək ki, "Azorel MMC" Xəzər dənizinin Bakı sahilində yerləşən, qazma məhlullarının istehsalı, mühəndislik xidmətləri, tullantıların idarə edilməsi və dəniz yükdaşıma həlləri üzrə ixtisaslaşmış müasir texnoloji zavoddur. MMC-nin Halliburton və Swire Oilfield Services ilə əməkdaşlığı var. Şirkət eyni zamanda, SOCAR AQS üçün Ümid və Bulla yataqlarında mühəndislik xidmətləri göstərir və “Günəşli” yatağına barit maddəsininin təchizatını həyata keçirir.
Nizamnamə kapitalı 10 manat olan "Azorel" MMC-nin qanuni təmsilçisi Yusifova Arzu Fərman qızıdır.