BAKI, 7 iyul. TELEQRAF
Sabah saat 09:00-dan etibarən Gəncədə iki gün müddətində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Azəriqaz İstehsalat Birliyindən Teleqraf-a verilən məlumata görə, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz tənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı 08.07.2025-ci il tarixindən saat 09:00-dan etibarən (iki gün müddətində) 09.07.2025-ci il tarixində işlər başa çatanadək “Gəncə 1 və 2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Gəncə şəhərinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdıqdan sonra isə bərpası planlaşdırılır.