BAKI, 16 may. TELEQRAF
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində balans qovşaqlarının təmiri ilə əlaqədar saat 09:45-dən etibarən qaz təchizatı dayandırılıb.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə İnşaatçılar qəsəbəsinin qaz təchizatında fasilə yaranıb.