BAKI, 19 fevral. TELEQRAF

Azərbaycanın kartof ixracı azalıb.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında 33,91 min dollar dəyərinə 113 ton kartof ixrac edilib.

Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə 172,79 ton və ya 60 faiz azalma deməkdir.

Kartof ixracının Azərbaycanın 2025-ci ilin yanvar ayının qeyri-neft sektoru ixracına nisbəti 0,01 faiz olub.