Rusiyada banan yetişdirməyi planlaşdırırlar.

Teleqraf.com xəbər verir ki, Stavropol diyarının Nevinnomıssk şəhərində banan yetişdirmək üçün istixanaların tikilməsi planlaşdırılır.

Şəhərin başçısı Mixail Minenkov mətbuat konfransı zamanı belə deyib: “İnvestor rəsmi sənədləri təsdiqləyib. Nevinnomıssk bananlarını yeyəcəyik".

Minenkov bildirib ki, bir ilə məhsul yığmaq mümkün olacaq. Onlar ildə üç dəfə məhsul almağı planlaşdırırlar.