BAKI, 11 sentyabr. TELEQRAF

Rusiyanın "Soçi" klubunun məşqçilər korpusunda yeni təyinat olub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisinin qapıçılar üzrə məşqçisi vəzifəsi Aleksey Antonyuka həvalə olunub.

Tərəflər arasında mövsümün sonuna qədər müqavilə imzalanıb.

41 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından "Sabah"ın məşqçilər korpusunda yer alırdı.

Qeyd edək ki, Aleksey Antonyuk 2022–2024-cü illərdə Moskvanın “Rodina” klubunda, 2017–2022-ci illərdə isə “Krasnodar”da qapıçılar üzrə məşqçi olub.