BAKI, 26 sentyabr. TELEQRAF
Rusiyanın Smolensk vilayətində dəmir yolu keçidində yük qatarı ilə iri tonnajlı yük avtomobili toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə Moskva Dəmir Yolu məlumat yayıb.
Bildirilir ki, nəticədə yanacaq daşıyan 18 vaqon relsdən çıxıb.
Maşinist və köməkçisi orta dərəcəli xəsarət alıblar.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, toqquşmadan sonra yanacaqla dolu altı vaqon alovlanıb.
Qeyd edilir ki, qəzanın nəticələrini aradan qaldırmaq üçün üç yanğınsöndürən və dörd bərpa qatarı göndərilib.