TBİLİSİ, 17 sentyabr. TELEQRAF

Gürcüstanın cüdo üzrə olimpiya çempionu Zurab Zviadauri saxlanılıb.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

İdmançının qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddəsi üzrə ittiham olunduğu bildirilir.

Qeyd edək ki, Z.Zviadauri 2004-cü ildə olimpiya çempionu olub. O, 2001-ci ilin Dünya Çempionatının gümüş, 2002-ci ilin Avropa çempionatının isə bürünc mükafatçısıdır.

Xatırladaq ki, cüdoçu 2021-ci ildə qəsdən adam öldürmə ittihamı ilə həbs olunub, daha sonra 50 min lari girov müqabilində azadlığa buraxılıb.