|
Müğənni Orxan Gəncəbayın ilk həyat yoldaşı Əzizə Gəncəbay 15 il fasilədən sonra kameralara tuş gəlib.
Axşam.az-ın “Posta”ya istinadən məlumatına görə, Əzizə Orxanla 1970-ci illərdə “Beyaz kelebekler” qrupunda solistlik edərkən tanış olub və ailə qurub.
Jurnalistlərin suallarını cavablandıran müğənni xanım ikinci dəfə ailə qurduğu üçün O.Gəncəbaydan incimədiyini deyib:
“Uşağımın atasıdır. Hər zaman Sevim xanıma (Orxan Gəncəbayın indiki həyat yoldaşı –red.) və Orxan bəyə hörmət etmişəm”.
Hələ də O.Gəncəbayla rəsmi nikahda olduğu deyilən Əzizə bunu yalan adlandırıb.
Müğənni soyadını dəyişmək fikrində olmadığını da deyib:
“Uşağımız var, bu haqda heç vaxt düşünməmişəm”.
Qeyd edək ki, 1969-cu ildə ailə quran, qısa müddət sonra isə ayrılan Orxanla Əzizənin Altan adlı bir oğlu var.