|
Müğənni Natəvan Həbibiylə klipmeyker Zöhrab Ağayev(Zorik) arasında olan qalmaqal deyəsən başa çatacaq.Çünki artıq Z.Ağayev Natəvan Həbibidən üzr istəyib.Xatırladaqki,tanınmış müğənni Zöhrab Ağayeva qarşı şərəf və ləyaqətin təhqir olunması, işgüzar nüfuza xələl gətirilməsi iddiası əsasında məhkəməyə müraciət etmişdi.
Teleqraf.az xəbər verir ki,Zöhrab Ağayev Natəvan Həbibidən üzr istədiyini bu sözlərlə ifadə edib:Ağayev Zöhrab Sahib oğluna məhkəmə araşdırması zamanı məlum oldu ki,Həbibova Natəvan xanım Şamil qızı soy-kökü baxımından “azərbaycanlı”milliyətinə mənsub şəxsdir və onun “erməni”soy-köklü olması barədə tərəfimdən yayılmış məlumatlar yanlışdır.Şəxsin(N.Həbibinin)soy-kökü ilə bağlı yanlış məlumata və ona qarşı işlətdiyim təhqiramiz ifadələrə görə Natəvan xanım Həbibovadan üzr istəyirəm”
Qeyd edək ki, Zöhrab Ağayev müğənninin milliyyətcə erməni olduğunu iddia etsə də, məhkəmədə bununla bağlı ortaya heç bir fakt qoya bilməmişdi. Məhkəmədə Natəvan Həbibovanın (Natəvan Həbibi) Azərbaycan millətinə mənsub olması təsdiqlənmişdi və prodüserin ondan üzr istəməsi barədə qərar çıxarılmışdı.