|
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın FETÖ ilə bağlı mühüm açıqlamalar verib.
Axar.az xəbər verir ki, TRT-yə müsahibə verən Qalın terrorla mübarizənin qlobal miqyasda genişləndiyini xatırladaraq, FETÖ-nun bütün dövlətlər üçün təhlükəli olduğunu bildirib:
“FETÖ, sadəcə, Türkiyə və ABŞ-da təhlükə yaradan bir təşkilat deyil. FETÖ üzvlərinin olduğu bütün ölkələr real təhlükə qarşısındadır. Bu ölkələrdə çevrilişə cəhd hadisələri, dövlət idarəçiliyinə bənzər sızmalar ola bilər”.