|
İraqın işğalı ərəfəsində devrilmiş lider Səddam Hüseynin heykəlini dağıdan Kadim Şərif Həsən Caburi adlı iraqlı bu addımına görə peşman olduğunu açıqlayıb.
Axar.az xəbər verir ki, BBC-ə danışan Caburi ABŞ-ın sabiq prezidenti Corc Buşu tənqid edib:
“Əlimdə olsaydı heykəli yenidən ucaldardım. Amma öldürülməkdən qorxuram. Səddam Hüseyndən sonra İraqda vəziyyət daha da pisləşdi. Buş və Bler (İngiltərənin keçmiş baş naziri – red) yalançıdır. Onları öz əllərimlə öldürərdim”.