İlham Əliyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılacaq və kütləvi informasiya vasitələrində dərc ediləcək (layihə əlavə olunmaqla). Ümumxalq səsverməsi (referendum) 2016-cı il sentyabrın 26-na təyin edilib.
Referendumla bağlı cəmiyyətdə, o cümlədən siyasi partiyalarda artıq bir hərəkətlənmə hiss edilir. Azərbaycan hakimiyyətinin tez-tələsik konistitusiya dəyişikliyinə qərar verməsi ölkədə ciddi müzakirələrə səbəb olaraq, müxalifətin birləşməsi məsələsini yenidən gündəmə gətirib. Teleqraf.az xəbər verir ki, KXCP təşkilat şöbəsinin müdiri Elşən Həşimov da Müxalifətin bir qrumda birləməşli olduğunu deyərək bunları söyləyib:
"Ailə hakimiyyətinin tez-tələsik referendum getməsi mövcud iqtidara müxalifətdəm deyənləri bir araya gətirə biləcəkmi? Mənim düşüncəmə görə, ölkə də ki, gerçək müxalifət bir araya gəlib bu referendum kampaniyasında iştirak etməli, kampaniyanın yaratdığı imkanlardan yararlanıb zavallı xalqımıza mövcud sülalə hakimiyyətinin xalqımızın və dövlətçiliyimizin əleyhinə olan addımlarını sıx-sıx anlatmalıdır. Burada əsas məqam bütün müxalifətin bir arada və bir qrumda birləşməsidir. Əgər müxalifət bu birliyi səmimi şəkildə ortaya qoya bilsələr, vahid müxalif qüvvə olaraq xalqımızdan da dəstək görə biləcəklər. Yox, əgər hərə bir tərəfdə bəyanat verəcəksə və ya üç-beş adamı yığıb mitinq edəcəksə bu hakimiyyətə köməkdən başqa bir işə yaramayacaq. "
Elşən Əlisoy