|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərini başa vurduqdan sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Axar.az xəbər verir ki, İranla Yaxın Şərqdə baş verən hadisələri müzakirə etdiyini deyən Türkiyə prezidenti Tehranla maraqların üst-üstə düşmədiyini bildirib:
“İranlılarla bölgədə baş verən hadisələri müzakirə etdik. Bizim Tehranla Suriya və İraqdakı maraqlarımız eyni deyil. Məzhəb ayrı-seçkiliyindən qurtulmaq lazımdır. Biz müsəlman qardaşlarıq. Hadisələrə belə yanaşmaq lazımdır, məzhəbçiliklə yox”.