Oqtay Gülalıyev; “M. Mirəlioğlunun 450 imza yığa bilməməsi ilə bağlı iddialar külünc və absurddur

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun namizədliyinin qeydə alınaması ilə bağlı KXCP sədrinin müavini, hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün facebook səhifəsində fikirlərini açıqlayıb.

Teleqraf.az-ın təqdim etdiyi statusda deyilir;“01 noyabrda keçiriləcək növbəti parlament seçkilərinə saylı günlər qalır. Seçki günü yaxınlaşdıqca hakimiyyətin bu seçkiləri də saxtalaşdıracağına dair öncədən gözlənildiyi kimi çoxlu sayda kobud qanun pozuntuları, real faktlar qeydə alınmaqdadır. Hətta bu faktlar əvvəlki seçkilərlə müqayisədə daha mürtəce, primitiv və eybəcərdir. Belə ki, hakimiyyət müxalifət və müstəqil namizədlərin qatıldığı bir çox dairələrdə “ağrımayan başına dəsmal bağlamamaq” üçün deputat təyin edəcək adamlarının qarşısını bəri başdan boşaldır. Onların rəqiblərini qeydiyyata almaqdan imtina edir. Bunun üçün müxalif namizədlərin qeydiyyata alınması üçün verilən imzaları etibarsız elan edir. Bəzi seçicilərə öz imzalarından imtina etməsi üçün təzyiq göstərir, bəzilərini isə pulla ələ alır. Görünən odur ki, hakimiyyət əvvəlki seçkilərlə müqayisədə bu dəfə daha əsəbi və səbrsizdir. Saxtakarlığın daha ifrat və “müasir” yolunu taparaq seçkinin taleyini seçki günündən öncə həll etmək istəyir. Seçkilərin azad və ədalətli keçirilməsi üçün lazım olan islahatları aparmaq, seçki sistemini təkmilləşdirmək əvəzinə gücünü seçki saxtakarlığının yeni- yeni “müasir”, ağlagəlməyən növlərini tapmağa sərf edir. Bəlkə də saxtakarlığın, yalanın, korrupsiyanın yeni üsullarının tapılması ilə bağlı dünya iqtidarları arasında yarış keçirilsəydi bizim iqtidar həmin yarışda aparıcı yerlərdən hökmən birini tutardı. Son illər hökümətimizin bu sahədə nümayiş etdirdiyi, anoloqu olmayan “bilik və bacarıqlar” bu fikri deməyə əsas verir.

Seçkilərlə bağlı hakimiyyətin yol verdiyi qanun pozuntuları, saxtakarlıqlar təkcə YAP-dan kənar namizədlərin qeydiyyatından imtina ilə yekunlaşmır. Namizədlərin səlahiyyətli nümayəndələrinin və imza vərəqələrinin oğurlanması, DSK sədrlərinin lazım olan anda tapılmaması, qaçıb gizlənmələri, müxtəlif vəzifəli şəxslər və dövlət qurumları vasitəsi ilə namizədlərə, onlara imza verən şəxslərə təzyiq göstərilməsi adi hala çevrilib. Eyni zamanda bütün cəhdlərə rəgmən hakimiyyətin ölkədə seçki abı- havasının hiss olunamaması ilə bağlı göstərdiyi qətiyyətli mövqe, KİV- in,  xüsusən televiziyaların seçki prosesindən bir mənalı şəkildə kənarda saxlanması, mavi ekranlarda daha çox şou- əyləncə verilişlərinin, teleserialların nümayiş olunması, YAP sədri İlham Əliyevin və onun ailə üzvlərinin dayanmadan reklam olunması seçkilərin birinci raundunda- imza kampaniyası dövründə qeydə alınan digər ciddi qanun pozuntularıdır. Bu pozuntular öncədən deyildiyi kimi yeni formalaşacaq parlamentin qeyri- legitimliyini şərtləndirən əsas amillər olmaqla seçkilərin başdan- ayağa saxtalaşdırılacağına dair irəli sürülən fikirlərin bir daha təsdiqidir. Azərbaycan hakimiyyəti öz mahiyyətinə, xarakterinə uyğun da növbəti seçki məhzəkəsi həyata keçirmək istəyir.

Bu dəfə ki, seçkilərlə bağlı diqqət çəkən məqamlardan biri bəzi ekspertlərin öncədən irəli sürdüyü “hakimiyyət bu dəfə parlamentdə konstruktiv müxalifətin yer almasına mane olmayacaq” tezisi idi. Keçən ilin sonlarından Prezident Administrasiyasının ictimai- siyasi şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi altında bir sıra siyasi partiya sədrləri ilə görüş- dialoqların keçirilməsi bu tezisin güclənməsinə təkan verdi. Görüşlərlə bağlı cəmiyyətdə bir mənalı fikir olmasa da bu təmasların Azərbaycan ictimai- siyasi həyatında iqtidarla müxalifət arasında yeni dönüş nöqtəsinin başlanmasına dair ehtimalları artırırdı. Həmin görüşlərdə Azadlıq 2015- seçki blokuna daxil olan bəzi müxalif yönlü partiyaların, xüsusən Klassik Xalq Cəbhəsi Partiyasının və onun sədri Mirmahmud Mirəlioğlunun iştirak etməsi, onların bu istiqamətdə verdikləri nikbin ruhlu bəyanatlar qeyd olunan ehtimalları gücləndirirdi. Sonrakı mərhələdə Milli Mətbuat günü ərəfəsində vaxtı ilə müxalifət cəhbəsində olmuş, bu gün özlərini müstəqil təqdim etməyə çalışsalar da hakimiyyətin yanında yer alan, deputatlığa iddialı bəzi media orqanlarının və qurumlarının rəhbərlərinə dövlət başçısı tərəfindən fəxri adların, orden və medalların verilməsi 1 noyabrda formalaşacaq parlamentin əvvəlkindən fərqli və rəngarəng formatını təxmini müəyyən edirdi. Qeyd edək ki, həm siyasi partiyalarla görüş- dialoq formatının, həm də dövlət başçısı tərəfindən “müstəqil”  jurnalistlərin titullandırma projesinin Əli Həsənova məxsus olduğu bildirilirdi. Prezident Adiminstrasiyaının rəhbəri Ramiz Mehdiyevin kölgəyə çəkildiyi həmin ərəfədə bu kimi təşəbbüsləri ələ alması Əli Həsənova dövlət başçsı tərəfindən daha bir etimadın göstərilməsi, onun prezidentin köməkçisi vəzifəsinə təyin olunması ilə nəticələndi. Çoxları “Əli Həsənov projesi”- nin ugurla davam edəcəyini gözləyirdi. Əslində parlamentdə kök salmış uzun ömürlü deputatların, məmurların bir az fərqli düşüncəyə malik yeni nəsl təmsilçiləri ilə əvəz olunması, iqtidarla müxalif camiyəsinə yaxın düşərgə arasında buzların əriməsinə təkan verən bu proseslər cəmiyyətin müəyyən təbəqələri tərəfindən müsbət qarşılanmaqla hakimiyyətin islahat anonsu kimi də qiymətləndirilirdi. Amma atalar demişkən “sən saydığını say, gör fələk nə sayır”. Sonrakı mərhələdə dialoq formatının hakimiyyət tərəfindən arxa plana keçirilməsi, seçkilərdə iştirakı gözlənilən “medallı jurnalistlər”- ə stop işarəsinin verilməsi, Avropa parlamentinin 10 sentybar qətnaməsinə İlham Əliyevin “həmin qətnamə  kağız parçasından artıq deyil” deyib üzünü bir mənalı şəkildə Moskvaya çevirməsi, ardınca hazırlanmasında hakimiyyətin köhnə qvardiyasının iştirakı açıqca hiss olunan Yeni Azərbaycan Partiyasının namizəd siyahısının açıqlanması və s. “islahat oynun”-a olan ümidləri minumuma endirdi. Çünki cüzi dəyişikliyin yer aldığı YAP- ın seçki siyahısında hər hansı yenilikdən, islahatdan, müxalifətə güzəştdən söhbət getmirdi. Həmin siyahı ilə hakimiyyət parlamentə düşəcəyinə mane olmayacağı gözlənilən siyasi partiya rəhbərlərinin qatıldığı dairələrə elə namizədləri irəli sürmüşdü ki, həmin namizdlərdən hakim komandanın vaz keçməyəcəyi bəlli idi. Seçkinin birinci raundunun- imza toplama mərhələsinin yuxarıda qeyd olunduğu kimi əvvəlki seçkilərlə müqayisədə daha kobud və ciddi qanun pozuntuları ilə aparılması gözlənilən nikbin ehtimalların üstündən xətt çəkirdi.   

Zənnimizcə, hakimiyyətin keçən ilin sonlarından start verdiyi partiyalarla apardığı görüş- dialoq siyasətinin  iflasa ugramasının açıq göstəricilərindən biri bir neçə gün bundan öncə KXCP sədri Mirmahmud Mirəlioğlunun 43 saylı DSK- da qeydiyyata alınmaması ilə bağlı oldu. Çünki hakimiyyətin siyasi partiyalarla təşkil etdiyi görüş- dialoqların status və cəmiyyətdə diqqət qazanmasında Mirmahmud bəyin iştirakı xüsusi rol oynayırdı. KXCP sədrinin nüfuzlu bir müxalifət partiyasının rəhbəri və təmsilçisi olması, istiqlalçı millət vəkili və AXCP sədri Əbülfəz Elçibəyin müavini olaraq keçdiyi mübarizə yolu, vaxtilə deputat mandatından imtina etməsi, tərəddüdsüz müxalif imici onun bu prosesdə iştirakı ilə bağlı cəmiyyətdə müəyyən suallar yaratsa da dövlət başçısının adı ilə aparılan görüş- dialoqların çəkisini artırırdı. Çoxları da gözləyirdi ki, M. Mirəlioğlu başda olmaqla bir sıra müxalifət təmsilçisi, siyasi partiya rəhbərlərinin bu dəfə parlamentə düşməsinə hakimiyyət mane olmayacaq. Amma KXCP sədrinin hətta seçkilərin birinci mərhələsində- imza toplama kampaniyası zamanı seçkilərdən açıq cığallıqla kənarlaşdırılması hakimiyyətin dialoq siyasətində nə qədər qeyri- səmimi olduğunu, eyni zamanda M. Mirəlioğlunun timsalında müxalifətə qarşı nə qədər qisasçı və barışmaz olduğunu göstərdi. Əlbəttə hakimiyyətin dialoq imitasiyasında, eləcə də seçki tamaşasında iştirak etməyin doğru olub- olmaması ayrı bir mövzunun söhbətidir. Və bu mövzu hökmən müzakirə olunmalıdır. Amma bir şey bir daha isbatlandı ki, Əliyev rejimi keçmişi kənara qoyaraq ona əl uzadan, taleyində və fəaliyyətində nə zamansa onu tənqid edən, müxalif notlar olan kimsəni qəbul etmir və onlara potensial rəqib kimi yox, düşmən gözü ilə baxır.  

Mirəlioğlunun lazım olan imzaları toplaya bilməməsi və imzalarında saxtakarlıq olmasına dair DSK- nın cavabı təbii ki, reallıqdan uzaqdır və əslində bu cavab hakimiyyətin KXCP sədrinə münasibətini nümayiş etdirməklə onunla bağlı yuxarı səviyyədə qəbul olunmuş siyasi qərardır. Ötən parlament seçkilərində bütün təzyiqlərə və saxtakarlıqlara baxmayaraq hazırda parlamentdə əyləşmiş 3 deputatın topladığı səslərin cəmisi qədər, təxminən 5 mindən çox səs toplayan M. Mirəlioğlunun 450 imza yığa bilməməsi ilə bağlı iddialar təbii ki, külünc və absurddur.

Son baş verənlər onu göstərir ki. Avropa parlamentinin 10 sentyabr tarixli qətnaməsi, ATƏT- in DTİHB- nun Azərbaycanda keçiriləcək 01 noyabr parlament seçkilərini müşahidə etməkdən, Milli Şuranın isə bu seçkilərdə iştirakdan imtina barədə qərarları doğrudur. Bütün baş verənlər, son bir ayda seçkilərlə bağlı qeydə alınan ciddi qanun pozuntuları bir daha göstərdi ki, hakimiyyət ölkədə hər hansı azad, ədalətli seçki keçirmək istəyində və qabiliyyətində deyil. Məhz bu səbəbdən də Azərbaycan xalqı çox haqlı olaraq Əliyev rejiminin keçirdiyi seçkilərdə iştirakdan imtina edir. Çünki bu seçkilərin adı seçki olsa da mahiyyəti məzhəkədir, traqikomediyadır, tamaşadır. Özünə hörmət edən şəxslər və təşkilatlar isə belə tamaşalarda rol almamalıdır. Artıq 01 noyabrda parlamentə “seçiləcək” deputatların siyahısı bəllidir. Nə qədər gec deyil bütün demokratik qüvvələr, seçkilərdə iştirak edən və etməyən, namizədliyi qeydiyyata alınan və alınmayan bütün namizədlər bir yerdə seçkilərdə iştirakdan imtina barədə qərar verib birgə Anlaşma Memorandumu imzalamalı, real müxalifət qüvvələri isə hakimiyyət dəyişikliyi ilə bağlı yaxın dövr üçün Proqram sənədi- Yol Xəritəsi hazırlamalı, fəaliyyəti gücləndirməlidir.

ABŞ Dövlət Departamentinin son hesabatlarınnı birində qeyd edildiyi kimi Azərbaycanda xalqın seçki yolu ilə hakimiyyəti formalaşdırmaq hüququ əlindən alınıb. Özü də bu hüquq son bir neçə ildə yox, çoxdan xalqın əlindən alınıb. Biz ya mübarizə aparıb bu hüququn geri qaytarılmasına nail olmalıyıq, ya da hakimiyyəti dəyişməyin başqa hüququnu tapmalıyıq...”

 

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti