Şəkidə bıçaqlanma baş verib. Hadisə rayonun Oxud kəndində qeydə alınıb.

“Azadlıq-2015” seçki blokunda təmsil olunan AXP sədri komissiya üzvlərinin savadsızlığından şikayətçidir

“Seçki komissiyaları parlament seçkisinə blokların tərkibində qatılmaq istəyən şəxslərdən qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edir”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. Partiya sədri bu faktı qanuni hüququnu istifadə etmək istəyənlərə yaradılan süni maneə kimi qiymətləndirir. Yada salaq ki, AXP seçkiyə 7 partiyanın təmsil olunduğu “Azadlıq 2015” seçki blokundan qatılıb.

1 noyabr seçkilərinə sentyabrın 1-dən start verilib. Artıq seçkiyə qatılmaq istəyən iddialıların çoxu imza vərəqləri almaq üçün dairə seçki komissiyalarına müraciət edib. İmza vərəqlərinin alınması üçün DSK-ya müraciət edilməsi seçki qanunlarına görə namizədlərin atacağı ilk addımdır. İkinci mərhələdə namizəd olmaq istəyən şəxslər iddialı olduqları dairədən 450 seçicinin imzasını toplayaraq seçki komissiyasına təqdim etməlidirlər. Seçki komissiyası imzaların real olub-olmadığını yoxlayandan sonra iddialıların seçkidə iştirakı haqqında qərar verilir.

Pənah Hüseyn deyir ki, Dairə Seçki Komissiyaları Xalq Partiyasının, eləcə də “Azadlıq-2015” blokunda təmsil olunan digər partiyaların bir neçə üzvündən Mərkəzi Seçki Komissiyasının təlimatlarında olmayan sənədlər istəyib: “İddialılardan partiya biletinin surəti, nə Seçki Məcəlləsində, nə də MSK-nın təlimatına olmayan protokollar, qərarlar istənir. Bu tələblərin heç bir qanuni əsası yoxdur və seçkiyə namizəd olaraq qatılmaq istəyənlərə bir neçə cəhətdən ciddi əngəldir. Təsəvvür edin ki, Naxçıvandakı, ya da hansısa ucqar rayondan Milli Məclis üzvlüyünə iddia etmək istəyən şəxsə Dairə Seçki Komissiyasında belə tələb irəli sürülür; o, bu sənədləri əldə eləmək üçün Bakıya qayıtmaq məcburiyyətində qalır. Bütün bunlar qanunsuz, süni əngəllərdir. Bəzi dairələrdə qanundan, təlimatdan baş çıxarmayan komissiya üzvləri gərginlik yaradır. Mən partiya üzvləri ilə bərabər 6 DSK-da olub problemlərlə yaxından tanış olmuşam. DSK üzvlərindən “bu sənədləri hansı əsasla tələb edirsiniz”, -  soruşanda onlar faktiki olaraq cavab verə bilmirlər. Bu tələblər seçki prosesinin birinci mərhələsinin süni surətdə uzadılması deməkdir. Belə bir süründürməçiliyin məqsədini anlamaq mümkün deyil”.

Pənah Hüseyn deyir ki, qanunsuz tələblər irəli sürülməyən və prosesin normal keçdiyi dairələrdə iddia irəli sürən “Azadlıq-2015” seçki blokunun üzvləri artıq imza vərəqələrini alaraq seçicilərlə işə başlayıblar./Musvat.com/

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti