|
"Həll prosesində PKK-nın silahlanmasına göz yumanlar şəhid qanlarının tökülməsində məsuliyyət daşıyır".
Axar.az xəbər verir ki, bu sözləri MHP lideri Dövlət Baxçalı bildirib.
"Bir qığılcım lazımdır ki, Türkiyədə qarışıqlıq yaransın", - deyən Baxçalı xəbərdarlıq edib:
"Türk-kürd düşmənçiliyini yaradanlar, daxili qarışıqlıq yaradanların qurduğu oyunlara düşməmək lazımdır. Əgər ölkəmizə yönələn xəyanətkar hücumların qarşısı alımasa, Ərdoğanın hiylə və tələləri davam edərsə, böyük saray yürüşünün icrası da qaçılmaz olacaq. Bu yaxın təhlükəyə hər kəs diqqət etməlidir".