|
Tanınmış vəkil və ictimai fəal Aslan İsmayılov Sön dövürlər oliqarx biznesmenlərin həbsini 2005-ci ildə həbs olunan iş adamlarının həbsləri ilə eyniləşdirilməyini düzgün hesab etmir.
Teleqraf.az-ın xəbərinə görə, Aslan İsmayılov bu barədə özünün “Facebook” səhifəsində yazaraq münsibət bildirib
"Bu gün oliqarx biznesmenlərin həbsini 2005-ci il iş adamlarının həbsi ilə eyniləşdirirlər. Yazılarımda bildirmişəm ki, bu fikir ilə razı deyiləm, çünki 2005-ci ildə həbs edilənlərin əksəriyyəti öz işlərini bilən, əziyyətə qatlaşanlar idilər. Tanıdıqlarımdan Loğman Zülfüqarlı metallurgiya sahəsini mükəmməl bilməkdən başqa, hər gün istehsalat sahəsində olur, birbaşa iştirak edir, toz-dumanın içində metal qırıntılarının qəbulunda iştirak edir, pasa, mazuta bulaşmaqdan çəkinmirdi. O vaxtkı iş adamlarının əksəriyyəti rəqabət şəraitində dayanmış zavod, fabrikləri min bir əziyyətlə bərpa etdilər, minlərlə iş yerləri açdılar və ən əsası bu günkilər kimi tanışlıq, şapka sayəsində 10 milyonlara kreditlər götürüb, bankları talan edib dəbdəbəli həyat sürmürdülər, çoxları Mayami, Monte Karlo, Kurşavelin harada olduğunu belə bilmirdilər. Bu günki "iş adamları"nın yaşam tərzini isə tanınmış şou biznes adamlarının həyatlarına oxşayır. Bu gün Azərbaycanda böyük iş adamları yox, lazımı anda, lazımı məmura yarınan sinif formalaşıb.
Ancaq bu gün baş verənlərlə 2005-ci ildə baş verənlərin çox oxşar olan məqamları var. Bu gün həbsdə olanların əksəriyyəti heç bir problemlərinin, cinayət işlərinin açılmadığını, həbsdə olmadıqlarını mətbuatda tirajlayırlar. Hərçənd ki, onların "bandotdel"də olduğunu hər kəs bilir. O dövr də belə idi. Onlarla iş adamları həbsdə olsalar da evlərində, istirahətdə olduqlarını bəyan edirdilər. 2005-ci ildə Zülfüqarlı qardaşları ilə görüş zamanı bəzilərini öz gözlərimlə "bandotdel"in podvalında gördüyümdən ANS TV-də onların həbs olunduğunu bəyan etdiyimə görə qohum əqrabaları az qala məni daş qalaq edəcəkdilər ki, qohumları evlərində, yaxud istirahətdə idilər. O dövr onların hər birini susmamağa çağırsam da "evimizi yıxma" dedilər."