|
Bu gün 1994-cü ildə Bişkekdə Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında imzalanan atəşkəs müqaviləsinin 21-ci ildönümüdür.Lakin 1994-cü ilin 12 may günü Bişkekdə imzalanmış "Atəşkəs haqqında müqavilə"nə silahları durdurdu,nə də qan tökülməsinin qarşısını aldı.
Teleqraf.az-ın "bu atəşkəs imzası ilə Azərbaycanın qazancı nə oldu?" sualına KXCP Sədrinin təşkilati məsələlər üzrə müavini Xəzər Teyyublu münasibət bildirib:
“Artıq Qarabağın işğalından 25 il vaxt keçir.1990-94-ci illər Azərbaycan xalqı özünün torpaqlarını işğalçılardan qorumaq üçün ağır müharibə apararaq 30 minə qədər şəhid verdi.
Müharibə dövrü ordumuz ermənilərə daim hərbi dəstək verən rus əsgərlərinə də qarşı döyüşərək müharibəni uğurla aparırdı. 1993-ci ildə Azərbaycan əsgəri Qarabağın tam azad olunmasını reallaşdırmağa yaxın idi. Sərsəng su hövzəsi və Xankəndi istiqamətində ərazilərə ordumuz nəzarət edirdi. Çox böyük sürətlə kəndlərimiz mühasirədən çıxır və düşmən geri çəkilirdi. BMT-də Ermənistan qoşunlarının Azərbaycandan qeyri-şərtsiz çıxarılması ilə bağlı qətnamələr qəbul edildi.Təəssüf ki, 1993-ci ildə ölkədə baş verən siyasi hakimiyyət dəyişikliyi və demokratik hakimiyyətə qarşı xarici maneələr Qarabağ ətrafı rayonlarının da itkisi ilə nəticələndi.
1994-cü ildə "Atəşkəs müqaviləsi" imzalandı və buna baxmayaraq bu günə qədər düşmən atəşi tərəfindən onlarla əsgərimiz şəhid oldu.
Xəzər Bəy daha sonra qeyd etdi ki,bu günə qədər davam edən atəşkəs zamanı düşmənin hücumları zamanı coxlu əsgərlərimiz şəhid olub.Düşmən snayperləri hətta dinc əhalini də hədəf alır.Baxmayaraq ki, atəşkəsdir,ancaq Azərbaycana qarşı təziqlər hər gün davam etməkdədir. X.Teyyublu "bu müharibənin sonu və regionun gələcək taleyi necə olacaq?"sualımıza Qafqazda münaqişələri vaxtı ilə Rusiya alovlandırıb və onların təsir gücü hələ də ortadadırsa Ermənistanla müharibə bitməyəcək. Azərbaycan əsgəri Qarabağı erməni işğalından azad edəcək. Ermənilər də gələcəklərini düşünürlərsə Rusiyanın təsirindən çıxmalıdırlar. Rusiyanın Qafqazdan geri çəkilməsi Qarabağın azad olunmasına və Qafqazda sabitliyin bərpa olunmasına səbəb olacaq"-deyə fikir bildirdi.
Elşən Əlisoy