|
İranın Cənubi Azərbaycan bölgəsində yerləşən Məhabad şəhərində yaranan qarşıdurma Tehran rəsmilərinin maraqlı açıqlamalarına səbəb olub.
Teleqraf.az axar.az saytına istinadən xəbər verir ki, İran dövlət televiziyası hadisələrin Səudiyyə Ərəbistanı tərəfindən alovlandırıldığını, əhalinin hakimiyyətə qarşı çıxarıldığını iddia edib. Dövlət səlahiyyətlilərindən kanala verilən məlumata görə, şəhərdə baş verən gərginlikdə birbaşa Səudiyyə Ərəbistanının əli var. Xatırladaq ki, bir neçə gün öncə şəhərin “Tara” otelinin qarşısında baş verən hadisə zamanı İran polisinin atəş açması nəticəsində 15 nəfər yaralanıb. Bundan başqa 3 polisin də ağır yaralandığı bildirilir. Hadisə isə otel işçisi Fərinaz Hüsrevani adlı gənc qızın şübhəli şəkildə ölümündən sonra ortaya çıxan təcavüz söz-söhbətləri üstündə başlayıb.