-  Baş naziriniz kimdir?

-  Artur Rasizadə. 

- (Gülür..) Hələ də odur?!  Mən səfir olanda da o  idi..  Bax görürsünüzmü?!

Norveçin Azərbaycandakı keçmiş səfiri (2002-2006) 72 yaşlı Steynar Gillə telefonla danışırıq. Söhbətinin vurğusu budur ki, Azərbaycan yaxşıya doğru dəyişməsi üçün həm iqtidardakı adamlar dəyişməlidir, həm də müxalifətdəki. Gili Azərbaycanda insan haqlarının fəal müdafiəçisi kimi tanıyırlar. 

«Mən gedəndən nə xarici işlər naziri dəyişməyib, nə Hacıbala (Hacıbala Abutalıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı-red.), eyni adamlardır hakimiyyətdə. Gənclər gəlməlidir hakimiyyətə». 

Gil Azərbaycandan sonra Latviyaya səfir gedib. 2011-ci ildən isə təqaüddədir. Oslodakı evində xanımı ilə yaşayır. Kitablar tərcümə edir, arabir Azərbaycan haqqında mühazirələr deyir. 

Deyir ki, təqaüd ona nəvələri və övladları ilə daha yaxından ünsiyyətə imkan verir. 

Keçmiş səfir deyir ki, Azərbaycanda baş verənləri uzaqdan izləyir və kədərlənir ki, o gedəndən sonra Azərbaycanda insan haqlarının vəziyyəti daha da pisləşib. Hər fəal həbs olunanda məyus olur: «Azərbaycan xalqına özümü yaxın hiss edirəm. Mehriban, qonaqpərvər xalqdır.. Daha yaxşı həyata layiq ola bilərdi bu xalq». 

Deyir ki, indi də Azərbaycanda səfir olsaydı, yenə də insan haqlarını müdafiə edər, yenə də əvvəlki kimi fəal olardı. Steinar Bakıda olanda mitinqlərə qatılar, həbs olunanların məhkəmələrinə gələrdi... 

«Mənə qarşı repressiyalar ola bilərdi Azərbaycanda. Hətta persona-non –grata elan oluna bilərdim. Amma yolumdan dönməzdim». 

Gildən soruşuruq ki, bəs Norveçin Bakıdakı indiki səfirinin insan haqları ilə bağlı mövqeyindən razıdırmı? Deyir ki, həmkarı haqda şərh verə bilməz: 

«Mən nə Norveçin Azərbaycandakı indiki səfiri, nə də başqa ölkələrin səfiri haqqında şərh verə bilmərəm. Bircə onu deyə bilərəm ki, Norveç hökumətinin insan haqları ilə bağlı mövqeyi dəyişməyib». 

Gil Azərbaycanda müxalifətin də dəyişməsinin tərəfdarıdır: «Əli Kərimi, İsa Qəmbər.. Eyni adamlardır illərcə. Dəyişmək lazımdır. Müxalifətə də gənclər gəlməlidir..» 

-  Yeni yaranmış ReAL hərəkatı  var, onlar haqqında nə deyə bilərsiz. 

-  Onların fəaliyyətini yaxından izləmirəm. Amma  müxalifətdə dəyişiklik olarsa,  ümumilikdə ölkədə də dəyişiklik olar. Gürcüstanın təcrübəsi göstərir ki, həm iqtidarda, həm müxalifətdə gəncləşmə faydalıdır. Bundan başqa əhalinin əhvalı da dəyişməlidir.

Nəyi nəzərdə tutursuz? 

-  Əhali qəbul etməlidir ki, dəyişiklik lazımdır. Qısa müddətdə Azərbaycanda dəyişikliyin olası inandırıcı deyil.  Hesab edirəm ki, neft gəlirləri azaldıqca və əhalinin iqtisadi vəziyyəti pisləşdikcə insanlar dəyişiklik istəyəcəklər.  

- Belə fikirlər eşidirik ki, Azərbaycan xalqı Qərb tərzli demokratiyaya hazır deyil. Nə düşünürsüz bu haqda?

- Razı deyiləm. Azərbaycan xalqı təhsillidir, internetdə çıxışı var, səyahət imkanları var. Sadəcə olaraq insanlar risk etmək, iş yerlərini itirmək, həbsə düşmək istəmirlər. 

Steynar Gil deyir ki, Azərbaycanın maliyyə ehtiyatlarının azalması, Dövlət Neft Fondunun vəsaitlərinin xərclənməsi də təhlükəli tendensiyadır: «Norveçdə Neft Fondunun vəsaitlərinin- biz ona «Pensiya Fondu» deyirik, yalnız dörd faizini xərcləyə bilirik. Bundan artığını xərcləmək qanunla qadağandır».

Gildən soruşuruq ki, Azərbaycana yenidən qonaq gəlmək istəyirmi?  Gülür, deyir ki, əgər viza ala bilsə, mütləq gələcək. /Azadlıq radiosu/

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti