|
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bu gün Azərbaycanda müxalifət partiyalarının rəhbərləri ilə keçirilən görüşlə bağlı Aktual.az-a açıqlama verib.
O, bu dəfəki görüşü də müsbət dəyərləndirdiyini deyib: "Bu görüş də çox pozitiv oldu. Bütün məsələlər müzakirə edildi. Hər kəs öz fikir və təkliflərini səsləndirdi. Razılığa gəldiyimiz məsələlər barədə Əli Həsənov mətbuata açıqlama verib. Hesab edirik ki, birinci görüşdə səsləndirilən təkliflər, qismən də olsa, nəzərə alınıb. Tam şəkildə nə isə əldə etmək nə inandırıcıdır, nə də mümkündür. Bu cür görüşlərin hər iki aydan bir keçirilməsi barədə razılıq əldə olunub".
Qeyd edək ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə partiya rəhbərinin iştirakı ilə PA-nın ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ikinci görüşü baş tutub.