Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, görkəmli rəssam Rəis Rəsulzadə Kanal24-ə açıqlamasında böyük öndərin məzarının Azərbaycana gətirilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. M.Ə.Rəsulzadənin il ərzində yalnız 2-3 dəfə, əlamətdar tarixi günlərdə yada salındığına diqqət çəkən R.Rəsulzadə, onun məzarının Azərbaycana gətirilməsi məsələsinə də ölkə mətbuatının toxunmadığını qınayıb.

Maraqlıdır, demokratik düşərgə  təmsilçiləri Rəsulzadənin məzarının Azərbaycana gətirilməsini zəruri hesab edirmi? Bütün türk dünyasına məxsus olan bir liderin məhz Azərbaycanda dəfn edilməsi mütləqdirmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, Rəsulzadənin məzarının Azərbaycana gətirilməsi yalnız o halda məqəsədəuyğun olardı ki, ona olan mövcud münasibət də dəyişsin:

“Rais bəyin bu məsələ ilə bağlı mövqeyini anlamaq lazımdır. O, bu nəslin bir övladı, bir nəvəsi, Azərbaycanın ziyalısı kimi bəlkə də Rəsulzadəyə olan münasibəti görərək, bir taktiki gediş olaraq bu fikri səsləndirir. Hesab edirəm ki, bütün hallarda buna müsbət baxmaq lazımdır. Bu fikri dəstəkləmək məsələsi isə bir ayrı məsələdir. Ümumiyyətlə, Rəsulzadə ilə bağlı istənilən məsələni müsbət qiymətləndirmək lazımdır. Rəsulzadənin məzarının Azərbaycana köçürülməsi yalnız o halda ola bilər ki, onun üçün yüksək səviyyədə, hamının rahatlıqla ziyarət edə biləcəyi bir məbəd yaradılsın. Türkiyədə M.K.Atatürkün həm dəfni, həm də anıt qəbrin tikilməsi ilə bağlı məsələ əsl simvola çevrildi. M.Ə.Rəsulzadənin məzarı da bu cür simvol olmalıdır. Əgər bu olacaqsa, o zaman Rəsuzladənin məzarını Azərbaycana köçürmək olar. Bunu isə hazırkı iqtidar etməz. Çünki 20-22 ildən sonra yalnız ötən il hakimiyyət Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı sərəncam verdi”.

M.Mirəlioğlunun fikrincə, Rəsulzadənin adının əbədiləşdirilməsi istiqamətində ciddi addımların atılması xüsusilə vacibdir:

“Rəsulzadənin adının əbədiləşdirilməsi daha doğru olardı. Sərəncamdan əvvəl də, sonra da bu barədə bizim təkliflərimiz var idi. Lakin təəssüflər olsun ki, bunlara əməl edilmədi. Rəsulzadənin Gəncədəki büstü icra hakimiyyətindən ayrıldı, o büstü girov götürüblər, onu girovluqdan azad etmək lazımdır. Əvəllər bu kimi hallar Qobustan rayonunda da müşahidə edilmişdir. Bu münasibət dəyişsə, Rəsulzadənin əsərlərinin nəşri dövlət hesabına həyata keçirilsə, o zaman bu, daha effektli olar. Rəsulzadə adına mükafatın təsis edilməsi, onun adının Bakı Dövlət Universitetinə qaytarılması təqdirəlayiq addım olar. Bildiyiniz kimi, bu gün ancaq Novxanıda Rəsulzadənin heykəli var. Əslində isə onun Azərbaycanın hər bir guşəsində yad edilməsinə, xatırlanmasına ehtiyac var. Ölkə paytaxtında da ən azından Rəsulzadəyə gözəl bir abidə qoyulmalıdır. Yalnız “İstiqlal” abidəsi bu məsələdə kifayət deyil. Həmin abidə xatirə lövhəsindən, barilyefdən az fərqlənir.

Rəsulzadənin ömrünün böyük bir hissəsi Türkiyədə keçib. Dünyasını da orada dəyişib. Rəsulzadənin məzarının yeri ona olan münasibət dəyişəndən sonra dəyişilməlidir. Bütövlükdə isə həm Rais bəyin, həm də Rəsulzadə ilə bağlı müxtəlif təklif və fikirlər səsləndirən istənilən insanın fikirlərinə hörmətlə yanaşıram. Çünki bu fikirlərdə Rəsulzadə ifadəsi var və onun böyük xatirəsi yad edilir”.

Bölməyə aid digər xəbərlər

22 Mart 2020 “5-ci kalon” kimlərdir?

05 Fev 2018 “Əsas məsələ seçkinin nə üçün növbədənkənar təyin olunmasıdır”-Pənah Hüseyn

03 Noy 2016 Sərdar Cəlaloğlu həbsdə olan siyasətçini ittiham etdi

01 Noy 2016 ABŞ-ın Gülənin planından xəbəri var idi - Rusiya

28 Okt 2016 "Hər bir şəhid məzarının üzərində bayrağın ucaldılması doğru deyil"

26 Okt 2016 Tramp: “Klinton ABŞ-ı üçüncü dünya müharibəsinə sürükləyəcək”

18 Okt 2016 İlham Əliyev: “Dağlıq Qarabağ muxtar respublika statusu ala bilər”

13 Okt 2016 Çavuşoğludan sensasion açıqlama- “Çevriliş cəhdinin ertəsi gün həyat yoldaşım məni təhdid etdi…”

09 Okt 2016 Mirmahmud Mirəlioğlu: “Məhərrəmliklə bağlı qadağalar doğru deyil”

04 Okt 2016 Şiə din xadimindən fətva ''Türk əsgərinə qarşı vuruşmaq vacibdir''

30 Sent 2016 Rusiya: “İŞİD-in hədəfi Türküstandır”

23 Sent 2016 Proxanov: “Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı”

17 Sent 2016 Rəsul Quliyev: “Milli Şura analiz edə bilmir”

09 Sent 2016 Akif Nağı: “Rusiya çalışır ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlməsin”

09 Sent 2016 ABŞ: “İrana yenidən sanksiya tətbiq edə bilərik”

01 Sent 2016 Əli Əliyev: “Qeydə alınan hər bir ölüm faktı ayrılıqda araşdırılmalıdır”

30 Avq 2016 Saakaşvili Putini timsahla müqayisə etdi

14 Avq 2016 M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

06 Avq 2016 Səxavət Əlisoy: “Xalq müxalifətə dəstək vermək iqtidarında deyil”

31 İyul 2016 Ərdoğan: “Heç bir prezident qiyam gecəsindən sonra Türkiyəyə gəlmədi”

31 İyul 2016 Klinton: “Hücumu rus kəşfiyyatı təşkil edib”

30 İyul 2016 Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı: ''Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum''

27 İyul 2016 “Müxalifət bir araya gəlib referendum kampaniyasında iştirak etməlidir”

26 İyul 2016 “Məktəblərdə ailə dəyərləri haqqında maarifləndirici təlimlərə vaxt ayrılmalıdır”

26 İyul 2016 “Ərdoğan Türkiyəni parçalanmadan qurtaramaq üçün qərarını verməlidir”

23 İyul 2016 MTRŞ: “ANS-in yayımı bərpa olunmayacaq”

20 İyul 2016 "Beynəlxalq yarış və müsabiqələr,iqtisadiyyatımıza mənfi təsir edib"

16 İyul 2016 “Əminəm ki, Türkiyə xalqı dünyəvi cəmiyyətin qorunub inkişaf etdirilməsinə nail olacaq”

16 İyul 2016 “Çevrilişdə iştirak edənlərin xalq düşməni adlandırılmasının əleyhinəyəm”

14 İyul 2016 "AXC-nin fəaliyyəti tarix qarşısında layiqli qiymətini alacaq"

Xəbər lenti