|
Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasında edilmiş silahlı basqın zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də olmaqla 12 nəfər həlak olub, daha dörd nəfər yaralanıb.
D18 Hərəkatının sədri Ruslan İzzətli Parisdə “Charlie Hebdo” satirik jurnalının redaksiyasında baş verən terror aktına görə açıqlama verib. Teleqraf.az-a daxil olan açıqlamada deyilir:
“ D18 Hərəkatı olaraq, Paris şəhərində baş verən terror aktını qəti şəkildə pisləyirik. Terrorun dini, dili, milləti olmaz. Kim etməsindən və harda olmasından asılı olmayaraq, terrora qarşı hər kəs bir olmalıdır. Təəssüflər ki, son zamanlar İslam dini adı altında törədilən terror aktları dinimizə və ümumilikdə müsəlman toplumuna qarşı mənfi fikir yaradır. Humanizmi və sevgini təbliğ edən bir dinin tərəfdaşı heç zaman İslam bayrağı altında terror etməz, bu dinimizə qarşı bir düşmənçilikdir.”