|
“ABŞ-ın vitse-prezidenti Co Bayden İstanbula İsrail və Yunanıstanın əmri, Obamanın istəyi ilə Kipri ələ keçirmək üçün gəlmişdi”.
Bu iddia ilə türkiyəli analitik Müyəssər Yıldız çıxış edib.
O, həmçinin Co Baydenin İstanbulda ABŞ-ın İŞİD-ə qarşı mübarizədə PKK ilə əməkdaşlıq etdiyini Türkiyəyə qəbul etdirmək istədiyini bildirib. Analitik ABŞ-la PKK-nın müttəfiqliyinin illər öncəyə dayandığını bildirərək, maraqlı informasiyaya da diqqət yetirib:
“Kipr, ABŞ və PKK-nın dostluğuna başqa bir şey nümunə göstərə bilərik. Bu gün artıq PKK-ya açıq-aşkar yardım edildiyi bir məqamda önəmini itirməyə başlamış sənədə diqqət etmək lazımdır. 2008-ci il. Türkiyə Aralıq dənizinin şərqində Baham adalarına məxsus olan gəminin PKK-ya silah daşıdığını müəyyən etmişdi. Tezliklə savaş gəmilərimiz bunu izləməyə başlayır. Həmin məqam gəmi Cənubi Kipr sahilinə sığınır. Bizimkilər tam 40 gün buranı mühasirəyə alır və gözləyirlər. Türkiyənin mövqeyində ciddi olduğunu görən ABŞ 40-cı gün gəminin Vaşinqtona aid olduğunu və İraqa ərzaq götürdüyünü deyir. Ankara əmr verir və gəmilər geri çəkilir. Təsadüfmüdür ki, əməliyyatda iştirak edən zabitlərin hər biri 3 ildən sonra Balyoz əməliyyatında həbs edilir”.
Axar.az