|
Klassik Xalq Cəbhəsi Partiyasıİdarə Heyətinin növbəti toplantısı keçirilmişdir.
Teleqraf.az-ın verdiyi xəbərə görə.iclasda qərarların icra vəziyyəti dəyərləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi
Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirmiş, bələdiyyə seçkiləri və Qarabağ ətrafında baş verən olaylarla bağlı məsələlər müzakirə edilmişdir
Yığıncaqda Dirçəliş Günü münasibəti Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi haqqında məlumat verilmişdir. Dövlət müstəqilliyimizin bərpası ilə bağlı tarixi günlərin (Milli Dirçəliş, Dövlət Müstəqilliyi) dövlət tərəfindən layiqli səviyyədə qeyd edilməməsi, əvvəlki statuslarının dəyişdirilməsi YAP hakimiyyətinin Heydər Əliyevlə birbaşa bağlı olmayan tarixi günlərimizin yaddaşlardan silinməsinə yönəlik siyasəti kimi qiymətləndirlmişdir.
Yığıncaqda bələdiyyə seçkiləri ilə bağlı məlumatlar dinlənilmişdir. Cəlilabad, Quba, Gədəbəy, Kürdəmir, Sumqayıt və digər yerlərdə KXCP üzvlərinin və digər vətəndaşların bələdiyyəyə namizədliklərinin verilməsi və qeydiyyatı zamanı Dairə Seçki Komissiyaları (DSK) tərəfindən müxtəlif bəhanələrlə əngəllərin törədilməsi, seçkidə iştirak etmək istəyənlərə müxtəlif təzyiqlərin göstərilməsi halları haqqında məlumatlar dinlənilmişdir. YAPın iqtidarı dövründə keçirilən bütün seçkilərdə seçkinin nəticələri haqqındakı protokolların Məntəqə Seçki Komissiyasında (MnSK) deyil, icra hakimiyyətləri binalarında yazılması “ənənələrinə” artıq yeni “qayda” əlavə edilmiş, icra hakimiyyətləri namizədlərin verilməsini və qeydə alınmasını tam nəzarətə götürmüşlər. DSK-lar namizədliyini vermək istəyən vətəndaşların bəzilərini birbaşa icra hakimiyyətinə yönəldərək “onlardan icazə almağın” vacibliyini göstərirlər. Belə faktlar ciddi narahatlıq yaratdığı qeyd edilmiş və baş verən bu cür qanun pozuntuları hakimiyyətin bu seçkiləri də, bu vaxta kimi həyata keçirdikləri “seçki ənənələrinə” uyğun gercəkləşdirəcəyini göstərir və iqtidarın 21 illik hakimiyyəti dövründə artıq seçkini məzhəkəyə çevrdiyi qeyd edilmişdir. KXCP rayon (şəhər) şöbələrinə seçkidə baş verən bütün qanun pozuntularının, seçkidə iştirak etmək istəyənlərə edilən təzyiqlər, əngəllərlə bağlı faktların toplanaraq SM-nə uyğun seçki komissiyalarına, əlaqədar orqanlara müraciət edilməsini və partiya sədrinin seçkilər üzrə zona müşavirlərinə, partiyanın təşkilat şöbəsinə, MSQ-na məlumat verilməsini tövsiyyə etmişdir. KXCP rayon (şəhər) şöbələrinə namizədlərin verilməsi prosesinin tezliklə başa çatdırmaları və seçkilərin digər mərhələləri üzrə hazırlıq işlərinin aparılması tövsiyə olunmuşdur.
KXCP torpaqlarımıza təcavüz edən erməni helikopterini anındaca zərərsizləşdirən əsgərlərimizin sayıqlığını yüksək qiymətləndirir. Lakin rəsmi orqanların və medianın döyüşçünün adını hallandırmasını müharibə qaydalarına uyğun olmadığını qeyd edir, döyüşçünün təhlükəsizliyi baxımından düzgün hesab etmir və hakimiyyətin bu cür informasiya siyasətini qeyri-məqbul hesab edir.
KXCP, Qarabağ Azadlıq Təşkilatının azərbaycanlı girovların (Dilqəm Əsgərov və Şahbaz Quliyev) taleləri ilə bağlı Azərbaycan hakimiyyətinin fəaliyətsizliyi, beynəlxalq təşkilatların biganəliyi ilə bağlı keçirdikləri aclıq aksiyasına dəstək verir, iqtidarı Qarabağ problemi ilə bağlı kəsərsiz və təslimçilik siyasətə son qoymağa çağırır.