|
“Milli Şurada təmsilçilik fərdidir. İndi zamanında özümüzün təsis elədiyimiz qurum haqqında mənfi söz demək istəmirəm. Halbuki Milli Şurada kifayət qədər mənfi insanlar var və bu gün də mənfi fəaliyyətlərini davam etdirməkdədirlər, xasiyyətlərini dəyişmək niyyətində deyillər”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Reytinq” qəzetinə müsahibəsində Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. O, bildirib ki, həmin mənfi insanlar üzdə bir cür, arxada başqa cürdür: “Burda bir söz deyirlər, sosial şəbəkədə başqa bir status yazıb söyüş söyürlər. Bütün bunlar faktdır, amma hesab edirəm ki, indi bu barədə danışmaq yersizdir”.