Fərid Hüseyn 

“Qabusnamə”yə əlavə, 45-ci fəsil

Ey oğul, mən ta qocalmışam, selfi-filan çəkdirməyimə aldanma, saç-saqqalımda şırımlanan ağ xətlərin ölüm fərmanı olduğunu görürəm, ona görə də sənə necə yaltaqlanmaq lazım olduğunu başa salıb bu dünyadan rahat köçmək istəyirəm. Əgər sən mənim dediklərimi eləyə bilsən, çovkanbaz fələk sənin qabağında at oynada bilməz. “Hər kəs öz əməlinin girovudur”.

Ey oğul, özündən yuxarılara yaltaqlanmaqla iş bitmir. Gərək gördüyün işin nəticəsini biləsən. Məsələn, əgər sən saytlarda və ya qəzetlərdə yaltaqlanırsansa, gərək öyrənib görəsən ki, həmin yaltaqlandığın adamların o saytlara və qəzetlərə marağı nə dərəcədədir. Əgər görsən ki, yox, sən dərc olunduğun yerlərə yaltaqlandığın adamların xüsusi marağı yoxdur, onda bütün mümkün vasitələrlə, (istinad göstərmək şərti ilə) daha populyar saytlarda və qəzetlərdə yaltaqlığını tirajlamalısan.

Yaltaqlanmaq təkcə obyektlərin düzgün seçilməsiylə də bitmir, gərək öyrənə və yaxşı biləsən ki, hansı dildə yaltaqlanmaq lazımdır. Yaxşı olar ki, bir neçə dildə yaltaqlanasan. Yaltaqlandığın mətni aparıcı dillərə tərcümə elətdirmək lazımdır, çünki bir dildə yaltaqlanmaqla kama yetmək olmaz.

Görsən ki, bütün bu yollardan da istifadə bir nəticə vermədi, onda, yaltaqlandığın qəzet və jurnallar haqda yaltaqlandığın obyektlərə yaxın adamlara çatdır. Onlar arada vasitəçilik etsinlər, yazdığın həmin kəslərə çatsın və sən qabağa düşəsən. Özü də bacardın, bacarmadın bu işi gör, hər adama yaltaqlanmaq imkanı vermirlər. İndi isə, diqqətlə qulaq as, ey oğul, sənə axmaq, zəmanənin nəbzini tuta bilməyən bir tupoy alimin hekayətini danışacağam:

Hekayət: “Soltan Toğrul vəzirliyini Xorasan vəzirlərindən birinə tapşırmaq istədi. Bir alim seçdilər. Çox uzun və enli saqqalı var idi, göbəyinə çatırdı (Allah onu saytlarda xar eləsin). Onu çağırıb dedilər ki, vəzirliyə sizdən layiqli heç kəs yoxdur. Alim dedi: Dünya allahına deyin ki, vəzirlik elə peşədir ki, gərək bir çox xüsusiyyətlərə malik olasan. Mən də isə saqqalımdan özgə vəzirliyi uyğun bir şey yoxdur. Soltan mənim uzun saqqalıma qürrələnməsin, bu vəzifəni başqasına tapşırsın”.

Yaltaqlıq insan mənəviyyatındakı ən əsas məqamı - İMTİNA məsələsini reallaşdırır, ancaq başqa kontekstdə. Sən bu günə qədər özünə həyat həqiqəti seçdiyin, dəyər bildiyin hər şeyə tüpürüb, tamam başqa dona girməlisən. Sonra özünü də öz yalanına inandırmaq üçün, yalanını hər yerdə müdafiə edib “mən də belə düşünürəm” bəraəti alana qədər “vuruşmalısan”. Özünü hamının yanında, öz içində alçaldıb yaltaqlandığın adamların yanında hörmətə minməlisən.

Yaltaqlandığın müddətdə gərək bütün vacib işləri kənara qoyub sırf o işlə məşğul olasan, dövrəndəki hər kəsi bu işə cəlb edəsən. Yaltaqlandığın müddətdə həyatındakı hər şey ikinci plana keçməlidir. Çünki digər işlərə həmişə vaxt var, əsas vaxtında yaltaqlanmaq və bunu informasiya əsrinin imkanları ilə yaltaqlandığın adamlara çatdırmaqdır.

İsa Məsih deyirdi ki, “bu dünyada axırıncı olanlar o dünyada birinci olacaqlar”. Sən də doğulub-böyüdüyün, yaşayıb-yaratdığın, işləyib-çalışdığın mühitdə (bu dünyada) axırıncı olacaqsan, ancaq yaltaqlandığın yerdə (o biri dünyada) birinci olacaqsan.

Ey oğul, yox, əgər bu dediklərimi eləməsən, onda sənin bəxtinə bütün ömrü boyu namusla və şərəflə yaşamaq düşəcək. Bəs sənə bir ömür şərəflə yaşamaq darıxdırıcı olmayacaq?..

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti