Ceyhun Mirzəli

Ikinci dünya müharibəsi sənətə,ədəbiyyata özünəməxsus mövzular bəxş edib. Azərbaycan ədəbiyyatında da müxtəlif illərdə bu mövzu işlənib. Səməd Vurğunun 1945 ci ildə qələmə aldığı , “İnsan” pyesi ədəbiyyatımızda bu mövzuda yazılan ilk əsərlərdəndir. Bu yazımda “İnsan” pyesini təhlil etmək fikrində deyiləm. Bu gün şairlə bağlı müxtəlif polemikalar gedir. Onu sovet ideologiyasının təsiri ilə yazdığı əsərlərinə görə tənqid edirlər. Təbii ki, burada müəyyən qədər haqlı məqamlar da var. Ancaq nədənsə, bu polemikalarda Səməd Vurğunun yaradıcılıq mərhələləri, xüsusən müharibədən sonrakı illərdə qələmə aldığı əsərləri diqqətə alınmır. Bu dövrü Səməd Vurğunun öz müstəqil düşüncələrini yazdığı dönəm kimi qeyd etsək yanılmarıq. Xüsusən də,  “İnsan” pyesi buna örnəkdir. Burada müharibə və insan taleyi mövzusuna toxunulur.

S.Vurğunun bundan öncə yazdığı “Vaqif” və  ”Xanlar” dramlarından fərqli olaraq bu əsərdə demək olar ki, kütləvilik və şüarçılıq yoxdur. Əsəri oxuyarkən belə bir qənaətə gəlmək olur ki, müharibə Səməd Vurğun yaradıcılığına ciddi təsir göstərib.  Demək olar ki, Səməd Vurğun bu əsərdə tamam başqa obrazdadır. O, nə Vaqif kimi şair, nə də Xanlar kimi inqilabçıdır. Sakit tərzdə düşünən filosof Şahbaz obrazındadır. Cahanda kamalın qalib gəlməsini yarı ümid, yarı məyusluq içində gözləyən insandır. Şahbaz ilk əsərini yazmağa başlayanda müharibə başlayır. Müharibəyə yollanan İslam Şahbazın filosofluğunu ciddi qəbul etmir, həqiqəti yalnızca qılıncın yazdığını deyir. Şahbaz bu zaman almanlara qalib gəlməyin mümkünlüyünə inanmır. O, dövrlərdə bunu yazmağa yazıçı cəsarəti lazım idi. Çünki qalib gələn totalitar SSRİ var idi. Buna baxmayaraq Şahbaz özünü vətəndaş hesab edərək savaşa gedir. Lakin müharibədə o filosofluğunu dayandırmır. O cəbhədə də düşünür, dəftərçəsinə öz əsərini yazır.

Almanlara əsir düşən Şahbaz orada təbliğat naziri Albert ilə qarşılaşır. O da filosofdur. Lakin öz fikirlərini şərə tərəf yönəldib.Şahbazla söhbət zamanı aralarındakı polemika diqqəti cəlb edir. Şahbaz Albertin fikirlərinə qulaq asanda orjinal olmadığını, Nitşedən oğurladığını deyir. Daha sonra Albert Hörmüz və Əhrimandan danışır. Bu məqam şərq-qərb düşüncələrini müharibə konteksində təqdim edir. Əsirlikdə olan Şahbaz ilk əsərini daşlar arasında gizlədə bilir.  Daha sonra Şahbaz almanlar tərəfindən digər əsirlərlə birgə yandırılır.  Şəhər sovet ordusu tərəfindən tutulandan sonra əsər tapılır. Daha sonra Şahbazın oğlu əsərin davamını işləyib bitirir.

Xatırlatmaq yerinə düşər ki, birinci dünya müharibəsi bitəndə Hüseyn Cavid bu müharibəyə həsr olunan  “İblis” faciəsini yazdı. İkinci cahan savaşı bitəndə isə Səməd Vurğun “İnsan”ı  yazdı. Maraqlı məqam orataya çıxır insan və iblis. Bu mövzu isə ümümbəşəridir. Bu cəhətdən ədəbiyyatımız ümümbəşəri  miqyasda öz sözünü deyir. Bu pyesdə heç bir sosiyalist təbliğatı yoxdur. Yalnız insanlığın üzləşdiyi faciələrə tutulan güzgü var. Bu məqam Səməd Vurğun şəxsiyyətini və yaradıcılığını bizə aşkar göstərir. Onun artıq təbliğatçılıqdan uzaqlaşdığı aydın sezilir. Bundan öncə yazdığı “Vaqif” pyesindəki vicdan və hakimiyyət məsələsi bu dramda daha geniş və ümumbəşəri konteksdə göstərilir. Yazının əvvəlindəki mövzuya toxunmaq istəyirəm. Səməd Vurğunla və digər ədəbi tarixi şəxsiyyətlərlə bağlı  sağlam polemikaya başlamaq lazımdır. “İnsan”  pyesi bu cəhətdən Səməd Vurğunla bağlı sağlam polemikaların yaranmasına yardım edə bilər. Çox təssüf ki, bu dramdan sonra S.Vurğun daha pyes yazmadı. Yazsaydı bəlkə daha genişlənmiş şəkildə həyata dünyaya baxışlarını ortaya qoya bilərdi. Təbii ki, burada zamanın öz rolu olmuşdur. Hər halda “İnsan” dramı bu gün üçün də, aktualdır. Çünki müharibələr daha amansız xarakter almağa başlayıb.

Teleqraf.az

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti