Firuzə Həsənzadə

Dünya fitnə içində əziyyət çəkir. İnsan canına qıymağın vərdişə çevrildiyi və bəsitləşdiyi bu dövrdə,  artıq kütləvi şəkildə törədilən qətllər adi hal kimi qəbul edilir. Uşaq, yaşlı, qadın demədən məsum və günahsız canlar bu fitnənin qurbanı olurlar...

Əvvəllər nadir hallarda cinayət xəbərləri ilə rastlaşdığımız halda, indi demək olar ki, cinayətlər, kütləvi qətliamlar, terror aktları bütün gündəmi zəbt edir. Əxlaqi pozuntu  bütün dünya üçün bir bəlaya çevrilib. Birinin sözü digərinin boğazından keçmir, biri digərini nalayiq sözlərlə təhqir edir, ər arvada, arvad ərə xəyanət edir, 5-10 manat üçün silah çəkilir. Nəticə isə: tükürpərdici qətllər. Hətta cinayətkarlar belə törətdikləri cinayəti rahatlıqla, soyuqqanlılıqla danışırlar.

Bəs nə üçün cana qıymaq bu qədər adiləşib? Bir insanı vəhşicəsinə öldürmək niyə bu qədər normal hal alıb? İnsan canı niyə bu qədər ucuzlaşıb? Yəqin ki, bir çoxumuz bu sualları düşünürük. Xəbərləri izləyirik və belə hadisələrlə tez-tez rastlaşırıq. Təbii ki, mətbuatın vəzifəsi xəbərləri çatdırmaqdır və törədilən hər bir cinayət dövlət qarşısında, qanun-hüquq qarşısında cəzasız qalmır. Ancaq dünyanı bürüyən bu fitnənin mütləq köklü həll yolu olmalıdır .

Dünyada  sevgisizliyin, etibarsızlığın, ədalətsizliyin, kinin, nifrətin hakim olması, insanların tez-tez öz həyatlarından şikayət etmələri, cinayətlərin, həm daxili, həm də xarici münaqişələrin, ümumilikdə dünya üzərində fitnələrin artması insanların Allah'dan uzaqlaşmalarına, Allah'a təslim olmamalarına görədir. Hal-hazırda müsəlman aləminin məruz qaldığı zülmün əsas səbəbi Quranı tərk edib Allah'ın Quranda buyurduğu birlik, qardaşlıq ittifaqını qurmaq üçün cəhd göstərməmələridir. Allah insanlara xoşbəxt və dinc yaşamağın yollarını Quranda bildirmişdir: Bir insan ancaq Allah'a yönəldiyi və Onunla dost olub, Rəbbimizin bəyəndiyi əxlaqı yaşadığı halda çətinliklərindən xilas ola bilər. Müsəlmanlar Allah'ın Quranda buyurduğu əsl İslamı yaşamaqla mükəlləfdirlər.

Çəkilən acıların bitməsi, dünyanın sülhə və rifaha qovuşması üçün müsəlmanların Allah'ın “Allah’ın ipinə möhkəm sarılın və dağılıb ayrılmayın…” (Ali İmran surəsi, 103) hökmünün tələbi olaraq bir an öncə birləşib İslam Birliyini qurmaları  vacibdir. Müsəlmanların birlik olması, qan bağlılığı olan qardaşlar kimi, hətta daha da güclü şəkildə bir-birinə bağlanması fərzdir.

Bunun üçün gələcək nəsil doğru maarifləndirilməlidir və bu işdə də ən böyük məsuliyyət təhsilin üzərinə düşür. Təhsilimiz o qədər güclü olmalıdır ki, gələcəyimiz olan uşaqlar doğrunu yanlışdan, yaxşını pisdən ayırd edəcək qədər ağıllı olsunlar. İnsanın heyvan növündən əmələ gəlmədiyini, məhz Allah'ın diləməsi ilə yoxdan yaradıldığını, həmçinin başıboş buraxılmadığını və etdiklərinə görə hesaba çəkiləcəyini dərk etsinlər.

Bu fitnədən həm dünyanın, həm də gələcək nəslimizin qurtulması üçün insanlara ən gözəl əxlaq olan Quran əxlaqını öyrətməliyik. Belə ki, insanlar nə üçün var olduğunu, niyə yaşadığını anlamalı, görüb-eşitdiyi, dediyi  hər sözdən belə məsul olduğunu  bilməlidirlər.

Quran əxlaqında nə çirkin sözə yer var, nə də terror, şiddət və zorakılığa. Quranda bu əməllər  lənətlənir. Quran əxlaqı yer üzünə sevgi, şəfqət, mərhəmət, sülh, dostluq, qardaşlıq, dinclik, gözəllik, ədalət, həm maddi, həm də mənəvi zənginlik gətirəcək. İnsanlar axtardığı mənəvi rahatlığı, gözəl həyatı məhz Quran əxlaqını yaşamaqla əldə edəcəklər. Çünki Quran əxlaqını yaşamağın nəticəsi əmin-amanlıq və xoşbəxtlikdir.

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti