Elman Abbasov 

İçimiz bir şey, dışımız başqa şey deyir, beynimiz bir şey, ürəyimizsə başqa şey deyir. Mövcud vəziyyət, rejimin yaratdığı durum içimizin və dışımızın, beynimizin və ürəyimizin vəhdət təşkil etməsinə imkan vermir. Demokratiya oyunu illərimizi aldı. Həp demokratiya dedik. Deyə-deyə özümüz avtoritarlaşdıq. Kimlər aramızdan getdi, kimlər ömrünun önəmli gözəl çağlarını həbsdə yatdı, kimlər doğmalarını, əzizlərini itirdi, say seçmə, millət dövlət üçün müstəsna xidmətlər verə biləcək ziyalılarımız tərki-vətən oldu. Demokratiya gəlmədi ki, gəlmədi...

Ən uzun ömürlü olan Osmanlı İmperiyası tabe etdirdiyi məmləkətlərdə xalqlara yanaşması, ədalətli idarə üsulu ilə bir o qədər uzun ömürlü oldu.Türklər milli-mənəvi dəyərlərinə görə həmişə seçildi. Milli- mənəvi dəyərlərimiz bütün insan haqlarını özündə ehtiva edirdi. Bu dəyərlərə görə əxlaqsızlıq, oğurluq, başqasının əmlakına göz tikmək, elin malını oğurlamaq, milli-dini ayrıseçkilik, başqasının namusuna göz tikmək tabu elan olundu. O vaxtlar böyüyə hörmət, kiçiyə mərhəmət var idi. Kağız üzərində yazılmamış, amma könüllü olaraq hamının riayət etdiyi qaydalar idi bunlar...

 Qədim türk hökümdarları ən yaxşı hakim oldular, bəzi istisnalarla ən ədalətli hökmlər verdilər. Ədalətsiz hökm verən türk hökmdarlarının özü belə cəzalandırıldı, öldürülürdü. Türklər at belində doğuldu, at belində böyüdü, at belində öldülər. Zəfərlər qazanıb, tarix yaratdılar, amma yazmadılar.Yaratdıqları tarixi sənədləşdirmədilər. Bu səbəbdən qədim və orta əsrlər tariximizin çoxunu başqa xalqların arxivindən təhrif olunmuş formada öyrənmək məcburiyyətində qaldıq...

Zaman-zaman milli-mənəvi dəyərlərimiz əlimizdən alındı. Milli-mənəvi dəyərlərimiz aşılandıqca parçalandıq, zəiflədik, kölələşdik. Parçalandıqca əcnəbilər daha çox üzərimizdə təsir imkanlarına malik oldular. Rusiyanın 200 il törətdiyi faciələrə baxmayaraq kimimiz İvan dayının, kimimiz bu günə qədər 93-cü ildə milli hakimiyyəti devirməsinə, 2003-cü ildə indiki hakimiyyətin duruş gətirməsinə dəstək verməsinə, 2005-ci il hadisələrinə və s.baxmayaraq Sem dayının, kimimiz xalqı talan-taraş edən, rəzil günə qoyan mövcud iqtidarın cocuqlarına çevrildik. Unuduruq ki, bu dövlətin, bu millətin nicatı İvan dayılardan, Sem dayılardan, ölkənin naxələf, zatıqırıq övladlarından deyil, bizlərdən, bizim milli birliyimizdən, Azərbaycanın birləşməsindən, ərazi bütövlüyünün təmin olunmasından, övladlarının intellektindən, elmi-texniki nailiyyətlərin əldə olunmasından keçir.

Milli-mənəvi dəyər dedikdə bir şeyi xatırlatmaq istəyirəm. Bizdə-türklərdə bir namus məsələsi var. Son vaxtlar namus üstündə törədilən cinayətlərin sayı artıb. Unuduruq ki, bizim ən böyük namusumuz Qarabağdır. Son işğal olunan ərazimizin itirilməsindən 20 ildən artıq vaxt keçir. Sənədlərində Şuşa, Kəlbəcər, Laçın, Xankəndi və digər işğal olunmuş bölgələrin adı yazılan məcburi köçkünlərimizin bir çoxu vətən həsrəti ilə dünyasını dəyişib. Qaçqın şəhərcikdə doğulan uşaqlar artıq çoxdandır böyüyüb. Amma Qarabağ nisgili hələ də qalır. Nə qədər demokratiya, insan haqları uğrunda mübarizə aparırıqsa, bir o qədər, hətta qat-qat artıq Qarabağın azadlığı uğrunda mübarizə aparmalıyıq. Qarabağı azad etmək bizə hər şeydən önəmlidir. Bir dəfə demokratiya deyəndə, beş dəfə Qarabağ deməliyik. Qarabağ uğrunda küçələrə tökülməliyik. Fərdi qaydada həbs oluna, hətta ölə bilərik, amma Qarabağı unutmamalıyıq. Hakimiyyəti torpaqlarımızı azad etmək üçün zorlamalıyıq.Təəssüf və yazıqlar olsun ki, bunu bacarmırıq və planlı şəkildə bizlərə unutdururlar. Ərazilərimiz hələ də işğal altında, təcavüzə uğrayan namusumuzun qisası hələ də alınmayıb. Şəhid verdiyimiz bir dönəmdə Bakının lap mərkəzində hələ də hakimiyyət nümayəndələrinə məxsus barlar, əyləncə mərkəzləri fəaliyyət göstərir, eyş-işrət məclisləri qurulur. 

Bircə şeydə içimiz və dışımız vəhdət təşkil edir-Qarabağa azadlıq...!

Bölməyə aid digər xəbərlər

16 Sent 2020 İmam Hüseyn cəsarəti, İmam Museyi Kazım dəyanəti – TOFİQ YAQUBLU DAVASI

10 Mart 2020 “Kimlə gəldi, necə gəldi…” azadlığı

08 Yan 2018 Elan edilən "Cümhuriyyət maketi"

13 Noy 2016 Əzilmiş kağız parçası

27 Okt 2016 Əcəm qızı-hekayə

18 Okt 2016 Mən kiməm və ya sehrli çubuğun nağılı - E s s e

29 Sent 2016 TƏLƏBƏ QIZ -HEKAYƏ

27 Sent 2016 Kirayələnmiş fahişə

23 Sent 2016 Referendum, biz, iqtidar və taleyimiz

21 Sent 2016 Rəhbərin qayıdışı- hekayə

19 Sent 2016 Qanlı ehtiras -HEKAYƏ

07 Sent 2016 Azərbaycanda mövcüd şəraitdə yaşamaq intihara yol açır

06 Sent 2016 Azərbaycan “özbəkistanlaşır”

06 Sent 2016 Tehranda bir gecə...

21 Avq 2016 Gülənin narkotik əvəzləyici kitabları

18 Avq 2016 Qırıq Kamança - HEKAYƏ

10 Avq 2016 TƏNDİR ÇÖRƏYİ

10 Avq 2016 Türkiyədə xalqı meydanlara çıxaran Ərdoğan sevgisi deyildir

09 Avq 2016 Ərdoğanı nə gözləyir?

04 Avq 2016 Ana öyüdü

03 Avq 2016 Qurbanovun səhvi, yoxsa bəlanın “müjdə”si?

22 İyul 2016 Qatilin son arzusu – Hekayə

19 İyul 2016 Şərəfli savaş, yoxsa Ərdoğanın məkrli tamaşası?

14 İyul 2016 ELAT bayramına toxunmaq olmaz!

07 İyul 2016 Ərdoğan Putindən niyə üzr istədi?

06 İyul 2016 Qadın olmaq... – Hekayə

27 İyun 2016 Heykəl fərqi...

24 İyun 2016 Elçibəy – Ümummilli birliyin simgəsi

18 İyun 2016 Yenə naftalin iyi verənlər düşüblər ortalığa

17 İyun 2016 Qaranlıqdan gələn adam və ya İblisin kölgəsi - hekayə

Xəbər lenti