|
Azərbaycan millisinin üzvü Ufuk Budak Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” klubu ilə münasibətlərini rəsmiləşdirib.
ANS PRESS-in məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisi bu gün yeni klubu ilə müqavilə imzalayıb.
Kayseri təmsilçisi Karpuzatan adlı bazasında Budaqla yanaşı, Anıl Karaər vəKolibay Sönməzlə də rəsmi müqavilə imzalayıb.
Ufukla, eyni zamanda onun kimi sol cinah müdafiəçisi olan Anılla 2 illik müqavilə bağlanılıb. Kolibay isə 4 illik müqaviləyə imza atıb.
Millimizin üzvü Türkiyə Super Liqasında
Budakın son komandası Türkiyə I liqasında mübarizə aparan “Qaziantep Böyükşəhər Bələdiyyəsi” olub.
Hazırda "sarı-qırmızılar"ı çalışdıran Hakan Kutlu ötən mövsüm Ufukun komandasının baş məşqçisi olub. 44 yaşlı çalışdırıcı sabiq futbolçusunu yenidən rəhbərliyi altında görmək istəyirdi.