|
FIFA prezidenti Yozef Blatter, baş katib Jerom Valke və UEFA prezidenti Mişel Platini bütün vəzifələrindən 90 gün müddətinə kənarlaşdırılıb.
Bu barədə Etika Komitəsi üzrə Arbitraj Palatası qərar qəbul edib.
Hans Yoahim Ekkertin sədrliyi ilə keçirilən iclasda qadağa müddətinin 45 günü keçməyən daha bir dövr üçün uzadılmasının mümkünlüyü də vurğulanıb.
Eyni zamanda, FIFA-nın sabiq vitse-prezidenti Çonq-Monq Cuna 6 illik qadağa və 100 min frank cərimə kəsilib. Bu müddətdə adları çəkilən şəxslər yerli və beynəlxalq səviyyəli futbol tədbirlərində iştirak edə bilməzlər. Qadağalar dərhal qüvvəyə minib.