|
İranla razılaşma Tehranın hərbi potensialını artırmasına və gec-tez nüvə bombası yaratmasına imkan verəcək.
Teleqraf.az Axar.az-a istinadən xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Marko Rubio Ayova ştatındakı seçiciləri qarşısında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Tehranla imzalanan razılaşmadan imtina etmək lazımdır:
“Mən prezident olsam, birinci görəcəyim iş İranla bütün müqavilələri dayandırmaq olacaq. Bundan sonra digər ölkələrə İranla Amerika arasında seçim etmək imkanı verəcəyəm. Təbii ki, burada seçim Amerika olacaq”.