|
Krımı Ukraynadan qoparıb özünə birləşdirən Rusiya bu gün ilk dəfə orada seçki keçirəcək.
ANS PRESS-in məlumatına görə, Rusiyada bu gün seçkilər keçirilir. Ölkənin 85 regionundan 30-nun və 14 regional parlamentin başçısı seçilir, eləcə də çox yerlərdə bələdiyyə səsverməsi keçirilir. Bəzi bölgələrdə referendumlar da keçiriləcək. Vahid seçki günündə bütün ölkədə 65 min seçki məntəqəsi açıq olacaq.
Seçkilər həmçinin Rusiyaya birləşdirildikdən sonra ilk dəfə Krımda da keçirilir. Respublika başçısının vəzifəsini müvəqqəti olaraq icra edən Serqey Aksenov Krımdakı bütün seçki məntəqələrinin açıldığını bildirib.
Bəzi ekspertlər Rusiyada vahid seçki gününü, bir növ, Krım hadisələrindən sonra Rusiya hakimiyyətinin populyarlığını yoxlamaq məqsədilə keçirilən sosial rəy sorğusu kimi qiymətləndirirlər.