|
Türkiyədə dövlət çevrilişinin əsas təşkilatçılarından olduğu bildirilən keçmiş hava qüvvətləri komndanı Akın Öztürkün həbsxanada döyüldüyü bildirilir.
Teleqraf.az türk mətbuatına istinadən məlumat verir ki, bu haqda tanınmış vəkil Mehmet Sinan İnce məlumat verərək sosial şəbəkədə yazıb.
Vəkil bildirib ki, Akın Öztürkü polislərin gözü qarşısında döyüblər.
“Onu vəkillərlə görüş otağında üzündən qanlar axan vəziyyətdə polisə təhfil verdim. Bütün bunlar kameralar, məhkumun yaxınlarının gözü qarşısında baş verib. Bu şərəfsiz polislərinin gözü qarşısında mənə yalvararaq ağlayıb”, -deyə vəkil bildirib.