|
Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.
“Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ”, deyə V.Avetisyan bildirib.
Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.
***
Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.
APA-nın məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.
“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, məlumatda deyilir.