BAKI, 20 avqust. TELEQRAF

“İsrailin avqustun 18-də İdlib vilayətindəki Əbu Dühur aviabazasına hücumu Suriyanın sabitliyini və bütövlüyünü pozmaq məqsədi daşıyır”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk deyib.

“İsrailin Əbu Dühur hava bazasına hücumu Suriyanın sabitliyini, təhlükəsizliyini, birliyini və bütövlüyünü, eləcə də infrastrukturunu pozmağa yönəlmiş addımdır. Suriyada və regionda sülh və sabitliyi təmin etmək üçün İsrailin bu cür ehtiyatsız hücumları dayandırması və beynəlxalq hüquqa riayət etməsi vacibdir. Biz Suriyanın vahid ordu prinsipi çərçivəsində öz infrastrukturunu və hərbi potensialını qurmaq səylərini dəstəkləməyə davam edəcəyik”, - o bildirib.

Aktürk əlavə edib ki, İsrailin hücumundan əvvəl və ya hücum zamanı Suriyadakı hava bazasında Türkiyə hərbçiləri olmayıb.