BAKI, 23 iyul. TELEQRAF

İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə vilayətində yerləşən və “Hizbullah”ın dayaq məntəqələrindən biri hesab olunan Əli ət-Tahir dağlıq ərazisini intensiv artilleriya atəşinə tutub.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Markaziya” məlumat yayıb.

Yeraltı sığınacaqların və tunellərin yerləşdiyi yüksəkliklərdə güclü partlayışlar baş verib.

Nəbatiyyə əl-Fauka şəhərinin yaşayış məhəllələri də atəşə məruz qalıb. Nəticədə bir neçə bina dağılıb.

Zərbələrin endirildiyi ərazilərdən səmaya qalın tüstü sütunları qalxıb.