BAKI, 3 iyul. TELEQRAF
“Hörmüz boğazı İranın mülkiyyətindədir, buradan icazəsiz keçən gəmilər batırılacaq”.
Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin Xuzistan vilayəti üzrə nümayəndəsi Məhəmməd Nəbi Musəvifərd deyib.
“Hörmüz boğazının sahibi İrandır, hansısa gəmi icazəsiz və müəyyən qaydalara əməl etmədən bu su yolundan keçərsə, Fars (Bəsrə) körfəzinin dərinliklərində batırılacaq”, - o bildirib.
Musəvifərd İranın Ali rəhbəri Müctəba Xameneinin ABŞ ilə aparılan danışıqlarla bağlı açıqlamasından sitat gətirib: “Əslində, mən başqa fikirdə idim, amma buna icazə verdim”.
O əlavə edib ki, Xameneinin əmrlərinə qeyd-şərtsiz tabe olmaq İranın əsas prinsiplərindən biridir və buna qəti şəkildə əməl edilməlidir.