BAKI, 1 iyul. TELEQRAF
“Qarşıdakı parlament seçkilərində qalib gəlsəm, baş nazir kimi quracağım hökumət İranda rejim tərəfindən təzyiqlərə məruz qalan iri etnik və dini azlıq qruplarını dəstəkləyəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrailin keçmiş baş naziri Naftali Bennett deyib.
Həmçinin o bildirib ki, bu halda İran rejiminin korrupsiya faktlarını ifşa edəcək.
Keçmiş baş nazir əlavə edib ki, onun mümkün hökuməti İranın iqtisadi zəifliklərini daha da dərinləşdirməyə yönəlmiş genişmiqyaslı kampaniyaya başlayacaq:
“Rejimin İran vətəndaşlarını repressiyaya məruz qoymaq imkanlarını zəiflətmək məqsədilə kiber imkanlar daha da inkişaf etdiriləcək”.