BAKI, 30 iyun. TELEQRAF
Tehran bələdiyyəsinə bağlı “Həmşəhri” qəzeti ABŞ Prezidenti Donald Trampın alnının nişangaha alındığı şəklini dərc edib.
Teleqraf xəbər verir ki, Amerika lider ilə bağlı məqalə “Qisas qaçılmazdır” başlığı ilə yayımlanıb.
Nəşr yazıb ki, İranın keçmiş ali rəhbəri Əli Xamenei və digər müharibə qurbanlarının qisası xalqın əsas tələbidir.
İranın hazırkı Ali rəhbəri Müctəba Xameneinin “Müharibə cinayətkarlarının yaxasından tutmaq lazımdır” mesajına istinad edən “Həmşəhri” onun bu sözlərinə manşetdə yer verib.
Nəşr həmçinin Hüseyn Nuri Həmədani və Nasir Məkarim Şirazi də daxil olmaqla bəzi ayətullahların, eləcə də parlament üzvlərinin açıqlamalarından sitat gətirərək Əli Xameneinin qisasının alınmalı olduğunu yazıb.
Məqalədə ayətullah Abdullah Cavadi Amolinin bu sözünə də yer verilib:
“Bu gün Trampın qanının tökülməsi İmam Mehdinin ürəkdən gələn istəyidir”.